» » Ziya Məmmədov oğlu haqda danışdı

Ziya Məmmədov oğlu haqda danışdı

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ziya Məmmədov oğlu haqda  danışdı
Nəqliyyat naziri Anar Məmmədov barədə yayılan xəbəri təkzib etdi: “Əks təqdirdə sizi şəxsən özüm məhkəməyə verəcəm”

Nəqliyyat naziri Ziya Məmmədov “Yeni Müsavat”a təkzib mesajı yollayıb. Onun bu mesajını musavat.com-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov çatdırıb.

Nazir bildirib ki, “Yeni Müsavat”da “Anar Məmmədovun prezidentin rəsmi qəbulunda nə işi varmış?” başlıqlı yazıda yanlışlığa yol verilib: “Yazıda bildirilir ki, guya Anar Məmmədovu o tədbirə mən aparmışam. Bu iddia doğru deyil. Oğlumun o tədbirdə iştirakından xəbərim belə yoxdu. Anar Məmmədov ictimai fəaliyyətlə məşğuldur. O, Azərbaycan Amerika Alyansının rəhbəridir, Makedoniyanın Azərbaycanda fəxri konsuludur. 28 may Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbula dəvətnamə ilə çağırılıb, lazım gəlsə həmin dəvətnaməni mətbuata təqdim edə bilərik. Bunları ona görə deyirəm ki, məsələ yazıda təqdim olunduğu kimi deyil, mən oğlumun əlindən tutub o tədbirə aparmamışam”.

Nazir bildirib ki, bu haqda təkzib verilməsə şəxsən özü “Yeni Müsavat”ı məhkəməyə verəcək.

Xatırladaq ki, qəzetimizin 30-31 may, 2015-ci il tarixli sayında nəqliyyat nazirinin oğlu, “Garant Holding”in təsisçisi Anar Məmmədovun mayın 27-də “Buta” sarayında Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda iştirakı haqda xəbər dərc edilib.

Xəbərdə bildirilir ki, nazir oğlunun ali dövlət tədbirinə qatılması diqqətdən yayınmayıb. A.Məmmədovun bu cür törəndə hansı statusla iştirakı tədbirdə olanlar arasında sual yaradıb.

Yazıda iddia olunur ki, onun həmin tədbirdə iştirakını atası Ziya Məmmədov təşkil edib. Nazirin öz oğlunu deputat etmək istədiyi üçün onu indidə bu cür tədbirlərə apardığı da xəbərdə öz əksini tapıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler