» » Ərəb şahzadəsindən Blatterə qiymətli hədiyyə -

Ərəb şahzadəsindən Blatterə qiymətli hədiyyə - prezident postu!

Bölmə: BLOK XƏBƏR
Ərəb şahzadəsindən Blatterə qiymətli hədiyyə -
Xalqinfo.az xəbər verir ki, bu gün İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın yeni prezident seçkilərinin ilk turunda qalib müəyyən edilməyib.

Virtualaz.org saytı xəbər verir ki, federasiyanın rəhbəri postuna sahiblənmək uğrunda hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparırdı. İlk turda onlardan heç biri kifayət qədər səs toplaya bilməmişdi.

İlk turda Blatterə səslərin 2/3-ini toplamaq üçün cəmi 7 səs çatmayıb. Beləliklə, seçkidə ikinci mərhələ elan olunub.

İkinci mərhələdə isə Blatter gözlənilmədən yenə prezident olub. Səbəb onun rəqibi olan ərəb şahzadəsinin geri çəkilməsi olub. Zəngin ərəb şeyxi Əli bin əl-Hüseyn FİFA prezidenti postunu zənginlər ölkəsi və banklar vətəni sayılan İsveçrənin vətəndaşı Blatterə faktiki olaraq hədiyyə edib.

Qeyd edək ki, Blatterin FİFA prezidenti olub-olmaması məsələsi əslində ABŞ-Rusiya davasının predmeti idi. ABŞ FTB-si FİFA-da apardığı son həbslərlə Blatterə qarşı idi. Rusiya isə 2018-ci il dünya çempionatını keçirmək hüququnu ona vermiş Blatteri müdafiə edirdi. Rusiya prezidenti Putin son həbslərdən sonra Blatterin açıq müdafiəsinə də qalxmışdı.

Beləliklə, görünən budur ki, ərəb şahzadəsi Rusiyanın marağına uyğun addım atıb. Əslində isə futbolun yerli-dibli olmadığı ərəb ölkələrindən kiminsə FİFA prezidenti olması faktının özü qəribə görünə bilərdi. Blatterin adının çoxsaylı korrupsiya və rüşvət qalmaqallarında hallandığı halda yenidən prezident seçilməsindən də qəribə...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler