» » Leyla Yunus prokurorluğa, əri xəstəxanaya aparılıb - (Yenilənib 2)

Leyla Yunus prokurorluğa, əri xəstəxanaya aparılıb - (Yenilənib 2)

Bölmə: BLOK XƏBƏR
Leyla Yunus prokurorluğa, əri xəstəxanaya aparılıb - (Yenilənib 2)
Saat 00:55-də həyat yoldaşı Arif Yunusla birgə Bakı hava limanında olan Leyla Yunus "Amerikanın səsi"nin müxbirinin telefon zənginə cavab verib.

“Bizim çamadanlarımızı, çantalarımızı yoxladılar, sənədlərimizi və kompüterimizi götürüblər. İndi evimizdə və ofisimizdə axtarış aparacaqlar” - o qeyd edib.

Saat 01:40-da Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Bakıdakı ofisinin qarşısına 1 polis maşını və 2-3 nəfər polis əməkdaşı gəlib.

Virtualaz.org saytının müxbirinin verdiyi xəbərə görə, polislərin yanında azı 6 nəfər mülki geyimli də var. Leyla Yunusun evinə də polislər gəlib. İki nəfər mülki geyimli onun yaşadığı binaya keçib.

Virtualaz.org saytının müxbirinin əldə etdiyi xəbərə görə, Leyla Yunusun evində və ofisində axtarışlar aparandan sonra o, daha sonra Baş Prokurorluğa dəvət edilib. Hüquq müdafiəçisi hazırda orada sorğulanır. Onun əri Arif Yunusun səhhətində isə problem yaranıb və o, Semaşko adına xəstəxanaya aparılıb.

* * *00:40

Virtualaz.org saytının əldə etdiyi xəbərlərə görə, Baş Prokurorluq və MTN əməkdaşları hazırda Leyla və Arif Yunusların mənzillərində və ofoslərində axtarışlara başlayıblar.

Məlumatlarda o da deyilir ki, Leyla və Arif Yunuslar dövlətə xəyanət və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ittihamları ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar həbs ediliblər.

Yada salaq ki, L.Yunus R.Mirqədirovu dəfələrlə Ermənistana göndərdiyini şəxsən özü etiraf edib.

* * *00:12

Hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunusla birlikdə aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında Doha şəhərinə (Qətər) gedərkən saxlanılıb.

Virtualaz.org saytının verdiyi xəbərə görə, sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.

Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla danışdıqdan sonra onları sərhəddən buraxıblar. Amma sonradan təyyarəyə minərkən yenidən saxlayıblar.



Leyla Yunus telefonla bildirib ki, 4 nəfər mülki geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o, suallara vəkilsiz cavab verməkdən imtina edib.

Təxminən saat 23:30 onlara saxlanıldıqlarını bildiriblər. Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Vəkil Xalid Bağırov hava limanına yollanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler