» » Abid Şərifovun aşıqlaması özbaşınalıq kimi qiymətləndirildi

Abid Şərifovun aşıqlaması özbaşınalıq kimi qiymətləndirildi

Bölmə: BLOK XƏBƏR, MANŞET
Abid Şərifovun aşıqlaması özbaşınalıq kimi qiymətləndirildiXalqinfo.az xəbər verir ki, barəsində açılmış qondarma cinayət işinə görə Almaniyada yaşamağa məcbur olan tanınmış hüquqşünas, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev baş nazirinin müavini və yanğınla bağlı prezident İlham Əliyev tərəfindən təşkil edilmiş komissiyanın sədri Abid Şərifovun son açıqlamasına münasibət bildirib:

"Baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanğın baş verən binaya baş çəkən zaman jurnalistlərin "binanın təmiri ilə hansı şirkət məşgul olacaq" sualına "tenderdə qalib gələcək tikinti firması" deməli idi. Belə görünür ki, baş verənlərdən bunlar heç bir nəticə çıxarmayıb.
Çünki əslində üzlüyü sökülən bütün binaların yenidən üzlənməsi üçün yenidən tender keçirilməlidir. Tenderdə qalib gələn tikinti firması da o üzləməni həyata keçirməlidir. Hesab edirəm ki, baş nazirin muavininin bu cavabı özbaşınalığın nəticəsidir. Əvvəlcəden yanan bina sakinləri binanın hansı firma tərəfindən təmir olunacağını bilməyə borcludur. Tender haqqında elan da normalda Azərbaycan qəzetində dərc olunmalı və tenderin qalibi olan təşkilat da təmiri həyata keçirməlidir. Hələ tender elan olunmadan baş nazirin müavini təmirin 5 aya başa çatacağı haqqında məlumatı yenə həmin binanın təmirində qanunsuzluğun olacağına əslində açıq işarədir".
Mənbə
Moderator.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler