» » “Yanan bina ilə bağlı hələ çox həbslər olacaq”-

“Yanan bina ilə bağlı hələ çox həbslər olacaq”- Abutalıbov

Bölmə: BLOK XƏBƏR
“Yanan bina ilə bağlı hələ çox həbslər olacaq”-
“Binəqədi rayonunda yanan bina ilə bağlı hələ çox həbslər olacaq”.


“Xalqinfo”nun ans press-ə istinadən məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün vətəndaşlarla görüşündə deyib. Abutalıbov bildirib ki, bu xəmir hələ çox su aparacaq.

“Yanan binada istifadə olunmuş materialdan Türkiyə, Rusiya və bir sıra ölkələrdə istifadə olunur. Bu üzlük 546 dərəcədə əriməlidir. Üzlüyün odadavamlı olması üçün onun tərkibinə xüsusi maddə vurulur. “Global Construction” qazanc əldə etmək məqsədilə üzlüyə həmin maddəni vurmayıb. Bundan başqa sözügedən üzlük istifadə olunarkən binanın divarına yapışdırılmalıdır. Bakıda bir çox binalarda isə belə edilməyib. Binanın divarı ilə üzlük arasında boşluq qoyulurdu. Bina alovlananda isə hava bu boşluqdan alovu baca kimi yuxarıya doğru çəkib. Bu da alovun sürətlə yayılmasına səbəb olub”- deyə mer bildirib.

Abutalıbovun sözlərinə görə, sakinlərə ödənilən kompensasiya binanın yanmasında günahkar olan şirkətlərdən cərimə ilə alınan vəsait hesabına ödənilir.

Paytaxtda poliuretan üzlüklü 140 binanın olduğunu deyən icra başçısı bildirib ki, onlardan 64-ü 9 və 16 mərtəbəli binalardır:

“Bu binalara vurulmuş üzlüklər 10 gün ərzində söküləcək. 2-3 aydan sonra paytaxt ərazisində poliuretan üzlüklə üzlənmiş bina qalmayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler