» » Yanan binanın sakinlərinə şad xəbər

Yanan binanın sakinlərinə şad xəbər

Bölmə: BLOK XƏBƏR, MANŞET
Yanan binanın sakinlərinə şad xəbərBinada yanğın zamanı dəyən ziyandan asılı olmayaraq sakinlərə kompensasiya veriləcək.

XALQİNFO.AZ bildirir ki,ANS PRESS-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə görüşü zamanı deyib.

Sakinlərə bu günlük hələlik 1000 manat kompensasiya veriləcəyəni deyən Abutalıbovun sözlərinə görə, Sabaha qədər dəyən ziyanın orta məbləği müəyyən ediləcək.

Mer bildirib ki, baş vermiş dəhşətli yanğın zamanı evi yananlara ən yüksək məbləğdə kompensasiya veriləcək.

"Əgər bina yararsız olacaqsa, yəni bu barədə rəy verilərsə, bina tam söküləcək. Yox əgər yararlı olarsa, bina təmir olunacaq, hər şeylə təmin ediləcək və sakinlərə veriləcək".

Qeyd edək ki, Bakıda Binəqədi rayonunda baş vermiş yanğın zamanı Səhiyyə Nazirliyinin məlumatına görə, 14 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler