Bakıda 16 nərtəbə yandı-Ölənlər var(Foto,Video)Bölmə: BLOK XƏBƏR, MANŞET
Bakıda baş verən dəhşətli yanğın zamanı bir neçə nəfər özünü binadan atıb. Bu barədə məlumatı ANS PRESS-ə hadisə şahidləri veriblər. Şahidlərin sözlərinə görə, yanan binada qalan sakinlərdən iki nəfər özünü aşağı atıb.Onlardan biri orta yaşlı kişi, digəri isə gənc oğlandır. Hadisə zamanı çoxsayda yaralananların da olduğu bildirilir. Qafqazinfo-nun hadisə yerində olan əməkdaşı 16 mərtəbəli binada baş verən yanğın zamanı bir kişinin özünü səkkizinci mərtəbədən ataraq öldüyünü bildirib. Ehtimal ki, şahidlərin ANS PRESS-ə verdikləri məlumatda sözügedən kişi həmin şəxsdir. Qeyd edək ki, həmin şəxsin ailəsi hələ binadan çıxarılmayıb. Hazırda Bakıda hündürmərtəbəli binada yanğın başlayıb. Binəqədi rayonu ərazisində baş verən hadisə nəticəsində binanın fasadı alışıb. Hazırda uanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|