» » Arif Əsgərovun qardaşı rəis təyin edildi

Arif Əsgərovun qardaşı rəis təyin edildi

Bölmə: BLOK XƏBƏR
 Arif Əsgərovun qardaşı rəis təyin edildi


Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Əli Əsgərov yeni vəzifəyə təyinat alıb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Əli Əsgərov Dəllər dəmiryol stansiyasına rəis təyin edilib.

Qeyd edək ki, Ə.Əsgərov bundan öncə Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi olub. Bir müddət əvvəl Əli Əsgərovun adam güllələməsi ilə bağlı mətbuatda sensasion məlumatlar yayılmışdı.

Bildirilirdi ki, 2013-cü ilin iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler