» » Türkiyə hökumətindən Azərbaycana xəyanət-

Türkiyə hökumətindən Azərbaycana xəyanət- Foto

Bölmə: BLOK XƏBƏR
Türkiyə hökumətindən Azərbaycana xəyanət-
Türkiyənin Uşak vilayətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə tikilən abidənin adı dəyişdirilib.


“Xalqinfo”nun məlumatına görə, "Axar.az" Türkiyə mediasına istinadən xəbər verir ki, abidənin üzərində yazılan "soyqırım" sözü pozulub və "qətliam" yazılıb.

Abidənin açılışı bu ilin fevral ayında sabiq bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə edilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu kresloya gələn yeni sədr - Nurullah Cihan abidənin üzərindəki "soyqırım" sözünü bu yaxınlarda "qətliam" sözü ilə dəyişdirməyə qərar verib.

Türk saytlarının yazdığına görə, o, bu addımı Türkiyə hökumətinin tələbi ilə atıb. Bəlli olur ki, Türkiyədə yaşayan ermənilər abidənin adına etiraz ediblər. Onların könlünü almaq üçün Uşak bələdiyyəsi "Xocalı soyqırımı" sözünü "Xocalı qətliamı" ilə dəyişdirib.

Xarici İşlər Nazirliyiyinin isə məsələyə yanaşması belə olub: "Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində erməniləri incitmək istəmir".
Türkiyə hökumətindən Azərbaycana xəyanət-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler