» » "Putin III dünya müharibəsi istəyir"

"Putin III dünya müharibəsi istəyir"

Bölmə: BLOK XƏBƏR
"Putin III dünya müharibəsi istəyir"
"Rusiya III dünya müharibəsi çıxarmaq istəyir".

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna baş naziri Arseniy Yatsenyuk deyib. O bildirib ki, Rusiya Ukraynanı işğal etməyə hazırlaşır. Yatsenyuk Rusiya prezidenti Putinin rəsmi olaraq intiqam aldığını qeyd edib:

"Rusiyanın sərhəddə hərbi manevr başlatmasının əsas səbəbi Qərbi bizdən uzaqlaşdırmaqdır. Putinin başladığı bu təhlükəli oyun bütün Avropanın təhlükəsizliyini təhdid edir. Dünya ictimaiyyəti II dünya müharibəsini unutmayıb. Rusiya isə III dünya müharibəsini başlatmaq istəyir".

Ukrayna Müdafiə Nazirliyi isə rus əsgərlərinin Ukrayna sərhədinə 1 km məsafədə hərbi manevr etdiyini və döyüş təyyarələrinin bölgəyə çox yaxın uçduğunu açıqlayıb.

Xatırladaq ki, son günlər Ukrayna və Rusiya sərhədlərində vəziyyət gərginləşib. Slavyanskidə ixtişaşlar və Donetskdə helikopterin partladılması bölgədəki vəziyyəti bir az da mürəkkəb hala salıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler