» » Baş redaktorun yandırılmasıyla bağlı-

Baş redaktorun yandırılmasıyla bağlı- Rəsmi məlumat

Bölmə: BLOK XƏBƏR
Baş redaktorun yandırılmasıyla bağlı-
Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.


“Xalqinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınsöndürənlər yanğın yerinin kəşfiyyatı zamanı 1989-cu il təvəllüdlü Sadiq Arazxan oğlu Soltanovun cəsədini aşkar ediblər. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qeyd edək ki, mərhum Mizan Tərəzi qəzetinin baş redaktoru kimi təqdim olunub və bu qəzetin qadın işçisi bir neçə gün əvvəl zorlama şikayəti ilə bağlı polis bölməsinə şikayət etmişdi.
Qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler