» » Səfər Əbiyev Azərbaycanı tərk etdi

Səfər Əbiyev Azərbaycanı tərk etdi

Bölmə: BLOK XƏBƏR
Səfər Əbiyev Azərbaycanı tərk etdi
Keçmiş nazirin Müdafiə Nazirliyindəki həbslərə görə ölkədən getdiyi bildirilir

Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun həbsindən sonra sabiq müdafiə naziri Səfər Əbiyev ölkəni tərk edib. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Səfər Əbiyev Avropa ölkələrindən birinə gedib. Keçmiş müdafiə nazirinin ölkəni tərk etməsinin məhz Müdafiə Nazirliyindəki həbslərlə bağlı olub-olmadığı bəlli deyil. Sadəcə Şahin Sultanovun həbsindən sonraya təsadüf etdiyi üçün belə ehtimallar var ki, Səfər Əbiyev bu səbəbdən Azərbaycanı tərk edib.

Qeyd edək ki, hərbi ekspert Üzeyir Cəfərov həbslərin davam edəcəyini və bir neçə yüksək rütbəli zabitin də məsuliyyətə cəlb olunacağını bildirmişdi. Onun sözlərinə görə, artıq general Məmməd Beydullayev istintaqa cəlb olunub. Lakin general deyilənləri təkzib edib. Bəzi iddialara görə, bu həbslər Səfər Əbiyevin məsuliyyətə cəlb olunması ilə bağlı planın tərkib hissəsidir.

Səfər Əbiyevin tutduğu vəzifədən azad ediləndə belə xəbərlər yayılmışdı ki, onu yeni təyinat gözləyir. Lakin bu məlumat təsdiqlənmədi. Əksinə, Səfər Əbiyevə yaxın adamların işdən çıxarılması və tutulmasına start verildi. Eyni zamanda hakimiyyətə yaxın mediaya keçmiş müdafiə naziri ilə bağlı komparamat materiallar “ayaq açdı”. Səfər Əbiyev özü baş verənlərə münasibət bildirərkən “mən bunların hansı mərkəzdən idarə edildiyini bilirəm” demişdi. Bununla da hakimiyyət daxilində hansısa qruplaşmanın hədəfində olduğuna işarə vurmuşdu.
Azadliq.info

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler