» » “Hər bir şəxs yoxlanılacaq” -

“Hər bir şəxs yoxlanılacaq” - General

Bölmə: BLOK XƏBƏR
“Hər bir şəxs yoxlanılacaq” -
“Cəsarətlə deyə bilərəm ki, bu gün DİN-in bütün əməkdaşları Daxili Qoşunlarla birlikdə, digər hüquq-mühafizə orqanları ilə əlaqəli, eləcə də Nəqliyyat Nazirliyi ilə inteqrasiya sayəsində I Avropa Oyunları ilə bağlı tədbirlərin keçiriləcəyi ərazilərdə təhlükəsizliyə tam nəzarət edirlər. Əmin edirəm ki, bu gün bizim üçün ictimai asayişin mühafizəsində elə bir təhlükəli vəziyyət gözlənilmir. Əgər hər hansı hadisə baş verərsə də, hər bir əməkdaş bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə və onu aradan qaldırmağa hazırdır”.


“Xalqinfo” Trendə istinadən xəbər verir ki, bunu Daxili İşlər nazirinin mavini, polis general-leytenantı Oruc Zalov Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan “Əsas məsələ” proqramının qonağı olarkən deyib. Nazir müavini idman arenalarında görülən təhlükəsizlik işləri barədə bəzi detalları da açıqlayıb: “İdman arenalarına girişlərin hamısı yoxlama xidmətlərinə təhvil veriləcək. Oyunlar başlamazdan bir həftə öncə isə həmin idman arenalarında hər bir detal tam yoxlanılaraq daxili işlər orqanlarına təhvil veriləcək. Bu arenalar gün ərzində yoxlanılacaq. Oyunlar başlamazdan bir neçə saat əvvəl bütün mühafizə sistemi əraziyə təhkim olunacaq. İstər tamaşaçılar, istər idmançılar, arenalara daxil olmaq hüququna malik olan hər bir şəxs texniki vasitələrlə yoxlanıldıqdan sonra ora keçə biləcəklər”.

O.Zalov bildirib ki, hələlik I Avropa Oyunlarının alovunun səyahət etdiyi heç bir bölgədə hər hansı insident qeydə alınmayıb. Lakin nazir müavini xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib: “I Avropa Oyunlarının alovu artıq 23 rayondan keçib və hər bir rayonda böyük bayram əhval-ruhiyyəsi yaşanıb. Həmin yerlərdə kiçikdən böyüyə minlərlə insan bu bayramı qeyd etmək üçün yığışır. Alovu qoruyan yerli orqanların əməkdaşları bizə məruzə edirlər ki, insanların özləri də asayişin qorunmasında maraqlıdırlar. Hələ bu rayonların heç birində bir dəfə də olsun xoşagəlməz hal baş verməyib. Gözlənilir ki, digər rayonlarda da belə olacaq. Amma ümumiyyətlə, heç bir şey olmayacağını əvvəlcədən demək mümkün deyil. Əlbəttə, ola bilər ki, kimsə hansısa narahatlıq yaratsın. Cinayətə meylli şəxslər, bu bayramı sağlam niyyətlə qəbul etməyənlər, pis xisləti olan ayrı-ayrı şəxslər, hətta kənardan da bura müdaxilə edənlər ola bilər. Lakin bizim borcumuz istər əməliyyat tədbirləri, istər yerli polis, sahə inspektorları vasitəsilə, yerlərdə qruplarımız, ictimai şuralar vasitəsilə belə halların qarşısını almaqdır”.

O, əlavə edib ki, hazırda yüzlərlə mülki insan I Avropa Oyunları zamanı ictimai asayişin qorunması tədbirlərində onların qüvvəsindən istifadə edilməsi üçün ictimai şuralara, DİN-in rəhbərliyinə müraciət edirlər: “Onlar könüllü olaraq görülən təhlükəsizlik tədbirlərində iştirak etmək istəyirlər. Bu insanların arasında polis veteranları da var. Deyirlər ki, biz hələ özümüzdə güc hiss edirik. Bizim qüvvəmizdən istifadə oluna bilər”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler