» » Daha bir oliqarxın həbs xəbəri yayıldı- Bu dəfə Hacı İbrahim

Daha bir oliqarxın həbs xəbəri yayıldı- Bu dəfə Hacı İbrahim

Bölmə: BLOK XƏBƏR, MANŞET
Daha bir oliqarxın həbs xəbəri yayıldı- Bu dəfə Hacı İbrahim
“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli saxlanılıb.


"Xalqinfo" aznews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı vinegret.az saytı yayıb. Saytın yazdığına görə, iş adamı bu gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Hacı İbrahimin layihəsi olan “Xəzər İsland”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, AzNews.az-a bildirib ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”.

Həmin şəxs bildirib ki, bu gün adada aparılan işlərə son verilib: "Bütün tikinti işləri dayandırıldı".

***

"qafqazinfo" xəbər verir ki, bir neçə gündür Azərbaycanda aralarında bir qrup biznesmenlərin də olduğu dəstə həbs olunub. Onlar fırıldaqçılıqda, dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar. Həmin şəxslərin həbsi ilə hələlik rəsmi məlumat açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara görə, həbs olunanlar Azərbaycan dövlətinə külli miqdarda maliyyə xəyanətində ittiham olunurlar. Onların arasında Rusiyada yaşayan, məşhur neft maqnatı Nizami Piriyev, Bayraq Meydanının bu günlərdə vəzifəsindən azad olunan rəisi Rəşad Məmmədov da var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler