» » ABŞ Afinadan səfirini geri çağırdı, alban yaraqlıları fəallaşdı-

ABŞ Afinadan səfirini geri çağırdı, alban yaraqlıları fəallaşdı- Qaz müharibələri

Bölmə: BLOK XƏBƏR
 ABŞ Afinadan səfirini geri çağırdı, alban yaraqlıları fəallaşdı-
ABŞ-ın Yunanıstandakı səfiri Devid Pirs gələn ay Afinanı tərk edəck. Virtualaz.org Yunanıstanın “Katimerini” qəzetinə istinadən xəbər verir ki, səfir vaxtından bir il əvvəl geri çağırılır. Bunun səbəbi Devid Pirsin “kifayət qədər fəallıq göstərməməsidir”.

Virtualaz.org saytının verdiyi xəbərə görə, diplomatik mənbələr bidiriblər ki, Dövlət Departamenti indiki səfinin fəaliyyətini “qaneedici” hesab etməyib. O, Yunanıstandakı iqtisadi və siyasi hadisələr barədə Dövlət Departamentini kifayət qədər məlumatlarla təmin etmir, hərçənd ki, Yunanıstan Cənub Qaz Dəhlizi və “Türk axını” kəmərinə görə hazırda Ağ Evin diqqət mərkəzindədir.

Dövlət Departamentindəki mənbələr bildiriblər ki, Vaşinqtonun xüsusi narazılığının səbəblərindən biri “17 noyabr” terror qrupunun məşhur üzvü Savvas Ksirosun əlilliyinə görə vaxtından əvvəl həbsxanadan azad edilməsinə dair informasiyanın çatdırılmamasıdır.

“Əgər səfir vaxtında yunan tərəfini bizim Ksirosun azadlığa buraxılması barədə dərin narahatlığımızı çatdırsaydı, o zaman məsələ başqa məcraya yönələrdi”- deyə mənbə bildirib.

“17 noyabr” qrupu Avropada və ABŞ-da 1975-2000-ci illər ərzində 100-dən çox terror hücumu həyata keçirib. Nəticədə 23 nəfər həlak olub.

Lakin müşahidəçilər Dövlət Departamentinin Afinadakı səfirin fəaliyyətindən narazılığının başqa aspektinə də diqqəti cəlb edirlər. ABŞ israrlı şəkildə Yunanıstan hökumətindən Rusiya və Türkiyənin birgə layihəsi olan “Türk axını” qaz kəmərinin tikintisindən imtina etməyi tələb edir.

Ötən həftə ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Amos Hokştayn Yunanıstanın ətraf mühit və energetika naziri Panayiotis Lafazanisdən bu layihəyə qoşulmamağı, Azərbaycan qazının Avropaya nəqlini həyata keçirəcək TAP kəməri layihəsinə diqqəti artırmağı tələb edib. Lakin Lafazanis ölkəsinin “Türk axını” layihəsindən imtina etməyəcəyini açıqlamışdı.

“Türk axını” kəmərinə qoşulmağa razılıq verən qonşu Makedoniyada isə qəfildən Kosovo yaraqlıları fəallaşıb. Dünən - bazar günü Kosovodan Makedoniyanın sərhəd yaşayış məntəqəsinə sızan yaxşı silahlanmış qrupla döyüşlərdə azı 6 polis həlak olub, 30-dan çoxu yaralanıb.

Bildirilir ki, bunlar Kosovoda Amerika hərbi təlimatçılarının hazırlıq keçdiyi silahlı qruplardan biridir. Bəzi analitiklərə görə ABŞ bununla Makedoniyaya mesaj verir ki, “Türk axını” layihəsinə qoşulmaq təhlükəli iş ola bilər.

Qeyd edək ki, Rusiya israrla Yunanıstanı “Türk axını” layihəsinə qoşmağa çalışır və Afinadakı solçu hökumətlə sıx təmasdadır. Əgər Yunanıstan bu layihəyə qoşulmağa razılıq versə, o zaman kəmərin bu ölkədən keçən hissəsinin tikintisini kredit formasında Rusiya maliyyələşdirəcək. Həmçinin Yunanıstana iri həcmdə maliyyə yardımı göstəriləcək.

Yunanıstanda solçular hakiyyətə gələndən sonra TAP kəmərinə dair razılaşmalara yenidən baxılması tələbləri irəli sürülüb və kəmərin tikintisi müxtəlif bəhanələrlə ləngidilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler