» » Bakıda seksual manyak polis bölməsindən qaçıb

Bakıda seksual manyak polis bölməsindən qaçıb

Bölmə: BLOK XƏBƏR
Bakıda seksual manyak polis bölməsindən qaçıb
Aprelin 19-da Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs saxlanılıb.


Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, günorta saatlarında özünə məxsus “Mercedes” markalı avtomobili ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirilən Sabunçu rayon Bakıxanov qəsəbə sakini olan 1984-cü il təvəllüdlü İlkin Qasımovun ifadəsi alınıb. O, ilkin ifadəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər etdiyini qismən etiraf edib.

Polis bölməsində saxlanılan İ.Qasımov daha sonra polislərin gözündən yayınaraq qaçıb.

Hazırda onun yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler