» » Prezident İlham Əliyev və xanımı “İnturist” otelinin açılışında

Prezident İlham Əliyev və xanımı “İnturist” otelinin açılışında

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezident İlham Əliyev və xanımı “İnturist” otelinin açılışında Xalqinfo.az bildirir ki, trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verildi. Bildirildi ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki, Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edildi ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

Dövlətimizin başçısı oteldə yaradılmış şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler