» » Heydər Əliyev Ukraynada olsaydı - Video


Heydər Əliyev Ukraynada olsaydı - Video

Bölmə: BLOK XƏBƏR
Heydər Əliyev Ukraynada olsaydı - Video
Heydər Əliyev dövlət böhranını aradan qaldırarkən ilk növbədə çeviklik, vaxt itirməmək kimi keyfiyyətlər nümayiş etdirirdi

Nə desək də bir faktı mütləq etiraf etməliyik. Ukrayna Rusiyanın qarşısına Kiyevin “Dinamo”su Moskvanın “Spartak” komandasının qarşısına çıxan tərzdə çıxmadı. Kiyev nümayiş etdirdi ki, içində genetik bir xof qalıb və formanı dəyişmək hələ məzmunu dəyişmək deyil. Ukrayna oxşar təhlükə ilə üzləşən bütün keçmiş sovet respublikalarına pis bir nümunə göstərdi. Buranın əksər məntəqələrində Rusiyaya gözlənilən müqaviməti biz görmədik. Dövlət müstəqilliyini belə qorumazlar. Hər halda biz belə görməmişik.

Dövləti qorumaq lazımdır. Yeri gələndə güc tətbiq etmək, hətta bəzən bütün dünya ilə müharibəyə qalxmaq bahasına olsa belə. Ukraynada bu gün baş verənlər həm də dövlət institutlarının lazımi məqamda təpər və qətiyyət nümayiş etdirməməsinin nəticəsidir. Dövlət müstəqilliyini, onun ərazi bütövlüyünün necə qorunmasını biz 1994-95-ci ildərdə görmüşük. Azərbaycanın qarşılaşdığı problemlər, üzbəüz dayandığı düşmənlər Ukraynanın bu gün üzləşdiklərindən zəif deyildi. Azərbaycan da süfrəyə verilmişdi, onu da parçalamağa amadə olan dövlətlər, qruplar, insanlar var idi. Rusiyanın yedəyində olan qüvvələr dövləti bölməkdə idilər. Amma Ukraynadan fərqli olaraq Azərbaycanın Heydər Əliyevi var idi. Ola bilsin ki, artıq ukraynalılar üçün bütün bunların bizim xatırlamağımızın bir elə əhəmiyyəti yoxdur, hətta bəlkə də gecdir. Amma bütün hallarda keçənlərin təkrarı faydalıdır. Heydər Əliyev dövlət böhranını aradan qaldırarkən ilk növbədə çeviklik, vaxt itirməmək kimi keyfiyyətlər nümayiş etdirirdi. O qərarlarının doğruluğuna inandığından, qətiyyətli davranırdı. Məsələn, Xüsusi Təyinatlı Polis Dəstəsinin iştirakı ilə baş verən qiyamda o əvvəlcə danışıqlara getdi.

Bunun müəyyən təsiri old. Sonra döyüşçülərə silahı təhvil vermək barədə müraciət etdi və söz verdi ki, bunu edəcəkləri halda onlara qarşı cinayət işi başlanmayacaq.

Bu müraciətin də səmərəsi oldu, daha sonra isə hərbi əməliyyatlara start verildi və bu əməliyyat mümkün qədər qısa müddətdə həyata keçirildi.

Heydər Əliyev bütün bunlara cəmi 3-4 gün vaxt sərf etdi. Əvəzində dövlət xroniki hərcmərclik, indi Ukraynanı bürüyən hakimiyyətsizlik kimi acı aqibətdən yan keçdi.

Amma Heydər Əiyev buna qədər də iki dəfə eyni formadan istifadə etmişdi. 1993-cü ildə separatçı Əlikram Hümbətovu və onun dəstəsini zərəsizləşdirərkən, 1994-cü ildə isə baş nazir Sürət Hüseynovun da cəlb edildiyi dövlət çevrilişinə cəhdi aradan qaldırarkən. Hər iki halda da operativ müdaxilə, qətiyyət və prinsipiallıq, eyni zamanda milli maraqlar naminə dövləti ədalət.
Təəssüf ki, həmişə hər yerdə Heydər Əliyev olmur. /ANS/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler