» » Gürcüstanın yeni müdafiə naziri bu qadın ola bilər

Gürcüstanın yeni müdafiə naziri bu qadın ola bilər

Bölmə: BLOK XƏBƏR, MANŞET
Gürcüstanın yeni müdafiə naziri bu qadın ola bilər

Gürcüstanın baş naziri İrakli Qaribaşvili yeni nazir vəzifələrinə üç namizədin adını açıqlayıb.

Oxu.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, müdafiə naziri postuna Avropa inteqrasiyası üzrə parlament komitəsinin rəhbəri Tinatin Xidaşelinin namizədliyi irəli sürülüb.

Onun namizədliyi təsdiq olunarsa, Xidaşeli Gürcüstan tarixində ilk qadın müdafiə naziri olacaq.

T. Xidaşelidən başqa siyahıda infrastruktur və idman naziri postlarına namizədlər yer alıb.

* * *11:21

Gürcüstanın yeni Müdafiə naziri qadın ola bilər.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, söhbət parlamentin deputatı Tina Xidaşelidən gedir. Deputat özü isə məlumatı nə təkzib, nə də təsdiq edib.

Xatırladaq ki, Gürcüstanda 7 nazir istefaya getdikdən sonra parlamentdə yeni hökumətin tərkibinin təsdiqlənməsi üçün həftə ərzində etimad səsverməsi keçirilməsi nəzərdə tutulub. Baş nazir hökumət üzvlərinin adlarını müəyyənləşdirdikdən sonra Nazirlər Kabinetinin yeni tərkibi prezidentə təqdim ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler