» » İlham Əliyev “Bakı-2015”in məşəlini yandırdı-

İlham Əliyev “Bakı-2015”in məşəlini yandırdı- Video

Bölmə: BLOK XƏBƏR
İlham Əliyev “Bakı-2015”in məşəlini yandırdı-

Bu gün Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb.


“Xalqinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışa başlayıb.

Qeyd edək ki, məşəl iyunun 6-na qədər Azərbaycanın 15 bölgəsindən keçəcək.

Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub, hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler