» » Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-

Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu- Fotolar

Bölmə: BLOK XƏBƏR
Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-
2015-ci ilin fevral ayında Gəncə Avtomobil İstehsalat Birliyi ilə Rusiyanın nəhəng avtomobil şirkəti olan “KamAZ” ASC arasında bağlanmış uzunmüddətli müqavilə artıq reallığa çevrilib.


“Qafqazinfo”nun məlumatına görə, müəssisədə avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı geniş hazırlıq işləri görülüb, avtomobillərin yığımı üçün konveyer xətti hazır vəziyyətə gətirilib.

Aprelin 14-də yeni konveyer xəttinin açılışı olub. Açılış mərasimində Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Koqoqin iştirak ediblər.

Mərasimdə nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında xarici iqtisadi əlaqələrin gündən-günə genişləndirilməsinin prioritet sahə olduğunu qeyd edib, bu işə ölkə başçısının daha çox önəm verdiyini diqqətə çatdırıblar.Gəncə avtomobil zavodunda Rusiyanın “KamAZ” avtomobillərinin yığım konveyerinin açılışını məhz bu sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndiriblər.

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Bakıda gördüklərinin onu heyran etdiyini bildirib:

“Respublikada gedən sürətli yüksəliş söz yox ki, iqtisadi inkişafın nəticəsidir. Tatarıstanla qurulan bu yeni əlaqələr isə söz yox ki, başlanğıcdır.“KamAZ”-ın Gəncə avtomobil zavodunda yığılması isə bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin başlanğıcı kimi dəyərləndirmək olar”.

Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-
Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-
Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-
Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-
Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-
Azərbaycanda ilk dəfə “KamAZ” istehsal olundu-


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler