» » Xoşqədəm rəsmən ANS-də

Xoşqədəm rəsmən ANS-də

Bölmə: BLOK XƏBƏR, MANŞET
Xoşqədəm rəsmən ANS-də

“Xoşqədəm Hidayətqızı bu gündən ANS televiziyasında işə başlayır”.


“Xalqinfo” xəbər verir ki, bu haqda məlumatı aznews.az-a ANS-dən bildiriblər. ATV telekanalından ayrılan məşhur aparıcının ANS-ə öz komandası ilə getdiyi deyilir. Mənbə bildirir ki, dünən - bazar günü də Xoşqədəm Hidayətqızı ANS televiziyasına gəlib: “Hazırda onun aparacağı yeni verilişin incəlikləri müzakirə edilir. Məsləhət bilinib ki, “Səni axtarıram” verilişinin adı ATV-yə məxsus olduğundan bu veriliş ANS-də başqa adla efirə getsin. Yeni veriliş həftədə iki dəfə (şənbə və bazar günləri) efirdə yayımlanacaq”.

Qeyd edək ki, ATV-də yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu kanaldan ayrılıb. Bu isə müxtəlif söz-söhbətlərin yaranmasına səbəb olub. Aparıcının bu gün olayla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler