» » Milli Məclis komissiyasının tərkibini dəyişdirir

Milli Məclis komissiyasının tərkibini dəyişdirir

Bölmə: BLOK XƏBƏR
Milli Məclis komissiyasının tərkibini dəyişdirir
Milli Məclisin Toponimiya komissiyasının tərkibinə dəyişiklik edilir.

Milli Məclisdən "Trend"-ə verilən məlumata görə, bu barədə məsələ aprelin 14-də keçiriləcək növbəti plenar iclasın gündəliyinə daxil edilib.

Milli Məclisin qərarına əsasən, Budaq Budaqov və Həsən Mirzəyev vəfatları ilə əlaqədar Toponimiya komissiyasının tərkibindən çıxmış hesab ediliblər.

Bundan əlavə, Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər.

Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər.

Milli Məclisin bu qərarı aprelin 14-də plenar iclasda səsə qoyulacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler