» » Özünü evakuator xidmətində yandıranla bağlı-

Özünü evakuator xidmətində yandıranla bağlı- Rəsmi açıqlama

Bölmə: BLOK XƏBƏR
Özünü evakuator xidmətində yandıranla bağlı-
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Nəsimi rayonu ərazisindəki evakuator xidmətinin ofisində Niyaməddin Fərəcovun özünü yandırması məsələsinə aydınlıq gətirib.

İdarənin şöbə rəisi Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında sözügedən hadisənin evakuasiya və yol polisi ilə heç bir əlaqəsinin olmadığını bildirib:

“Sadəcə aparılan araşdırma zamanı məlum olub ki, vətəndaş tərəfindən qeyri-qanuni avtomobil duracağı yaradılıb. Həmin duracağın sərbəst, vətəndaşın öz nəzarəti altında idarə olunması onun parkomat aparatının tələbi ilə uyğunlaşmamasına səbəb olub”.

Vaqif Əsədovun sözlərinə görə, 36 yaşlı sürücünün özünü yandırması ilə bağlı araşdırma aparılır və məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Cəlilabad rayon sakini 1979-cu il təvəllüdlü Niyaməddin Fərəcov Füzuli 53-də yerləşən Evakuator xidmətinin ofisinə gələrək avtomobillərinin evakuatorla götürülməsinə irad bildirərək üzərinə benzin töküb yandırıb. N.Fərəcov 3-cü dərəcəli yanıq xəsarəti ilə 5 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler