» » Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -

Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı - Fotolar

Bölmə: BLOK XƏBƏR
Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -
Yanukoviçlərin başqa kimliklə Rusiyada yaşaması ehtimal edilir
Rusiyanın Baykal gölündə avtomobili ilə batdığına dair xəbər yayıldıqdan sonra rəsmi orqanlar tərəfindən təkzib edilən eks-prezidentin oğlu kiçik Viktor Yanukoviçin barəsində maraqlı məlumatlar yayılıb.

Xalqinfo.az analitik.az-a istinadən xəbər verir ki, Rusiyanın “Zvezda” kanalı Baykalda boğularaq ölənin 33 yaşlı Viktor Davıdov adlı şəxs olduğuna dair məlumat yayıb.

Bu məlumatdan çıxış edənlər “Davıdov” soyadının eks-prezidentin ailəsinə aidiyyəti olduğunu araşdırıblar. Məlum olur ki, eks-prezidentin oğlunun ana nənəsinin soyadı – Davıdova olub. Yəni, eks-prezidentin arvadı Lyudmila Yanukoviçin anasının soyadı Davıdova imiş.

Kiyevdən qaçdıqdan sonra Yanukoviçin ailə üzvlərinin Rusiyada hansı adla yaşadıqları da gündəmə çıxarılan mövzudur. Ehtimallara görə, eks-prezidentin ailə üzvləri – xüsusən, oğlanları başqa kimliklə rəsmi orqanlarda qeydə alına bilərlər.

Bu arada kiçik Viktor Yanukoviç haqqında məlumatlar maraq doğurur. 1981-ci il təvəllüdlü kiçik Viktor atasının hakimiyyətdə olduğu dövrdə Ali Radanın deputatı olub. Böyük qardaşı Aleksandrla birlikdə Ukraynada bir çox biznes-layihələrin qeyri-rəsmi sahibi, monopoliyaların lobbiçisi olan Viktorun hakimiyyət dəhlizlərinə daha yaxın olduğu güman edilirdi.

Hazırda qardaşların Rusiyanın hansı bölgəsində yaşamaları, nə işlə məşğul olmaları barədə məlumat verilmir.

Ancaq kiçik Yanukoviçin avtomobil həvəskarı, avto-ralli təşkilatçısı və qızğın iştirakçısı olduğu da bəllidir. O, Ukraynada bir çox rallilərdə iştirakı ilə diqqəti cəlb etmişdi.

Ötən ilin fevralında Qostomeldə - Kiyevdən 35 km aralıda Yanukoviçə məxsus avtopark aşkar olunmuşdu. “Praviy sektor”un fəalları 12-i eksklüziv olmaqla, çoxsaylı avtomobillərdən ibarət avtoparkın məhz kiçik Viktora məxsus olduğunu bəyan etmişdilər. Avtomobillərin dəyəri 2 milyon dollar qiymətləndirilmişdi.

Bu avtomobillərdən bəziləri atası prezident olarkən xüsusi təm-təraqla gəzən Viktorun kortejində görünüb. Bəzilərini isə, o, yalnız xüsusi tədbirlərdə, yarışlarda və gecə gəzintilərində istifadə edirmiş.

Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -
Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -
Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -
Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -
Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -
Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -
Eks-prezident oğlunun 2 milyon dollarlıq avtoparkı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler