» » OPEK prezidentinin qardaşı oğurlandı

OPEK prezidentinin qardaşı oğurlandı

Bölmə: BLOK XƏBƏR, MANŞET
OPEK prezidentinin qardaşı oğurlandı
OPEK-in (Neft ixrac edən ölkələrin təşkilatı) prezidentinin qardaşı Nigeriyada qaçırılıb.

ans-in məlumatına görə, cümə axşamı Nigeriyanın cənubunda naməluma silahlı şəxslər OPEK prezidenti Diezani Alison Madukenin kiçik qardaşı Cozef Aqamanı qaçırıblar. Bu barədə Afrika Respublikasının polisi xəbər yayıb.

Hadisənin Bayels ştatının inzibati mərkəzi hesab edilən Yenaqoada baş verdiyi bildirilir. Nigeriyada fəaliyyət göstərən heç bir qruplaşma hələlik cinayəti öz üzərinə götürməyib.

Bayels ştatıNiger çayı sahilində yerləşən və ölkədə əsas neft çıxarılan rayondur.

Qeyd edək ki, Diezani Alison Madueke 2015-ci il yanvarın 1-dən bəri OPEK-in rəhbəri olaraq fəailyyət göstərir. O, təşkilat tarixində bu vəzifəyə təyin edilən ilk qadındır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler