» » Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar
AzərbaycanpPrezidenti İlham Əliyev Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan sənaye liseyinin açılış mərasimində çıxışı zamanı deyib: "İlk növbədə, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdan çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır".

Dövlət başçısı qeyd edib: "Bu məktəb mənim atam, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsa, hava limanına enərkən ilk növbədə Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm".

Prezident bildirib ki, Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərib: "O, daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk. Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".

Dövlət başçısı deyib ki, Türkiyənin artan gücü Azərbaycanı da gücləndirir: "Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişib. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışı zamanı Azərbaycan və Türkiyə münasibətlərindən danışıb və hər iki ölkənin qardaşlığından söz açıb.

Amma Ərdoğan çıxışından öncə protokol xətasına yol verildiyini bildirib.Türkiyə prezidenti azərbaycanlı həmkarının çıxışından əvvəl dövlət himninin səslənməməsini nəzərə alaraq, çıxışına fasilə verib və hər kəsi Azərbaycan himnini dinləməyə çağırıb.

Daha sonra isə Ərdoğan Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan – Türkiyə” şeirini səsləndirib, şeir xalq tərəfindən alqışlarla qarşılanıb.

Həmin şeiri təqdim edirik:

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum

Ata yurda könül verdim

Ana yurdum, ata yurdum

Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə.

* * *15:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli üçün nəzərdə tutulmuş Transanadolu qaz kəməri layihəsinin (TANAP) bünövrəsinin qoyulması mərasimində iştirak üçün bu ölkəyə gəlmiş Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Oxu.az Ərdoğanın rəsmi saytına istinadən xəbər verir ki, prezidentlərin görüşü mətbuat üçün qapalı olub.

Bu dəqiqələrdə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev adına Anadolu Peşə və Anadolu Texniki Liseyinin açılış mərasimində iştirak edirlər.







Mərasimə Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili də qatılıb.

Nahar yeməyindən sonra prezidentlər Səlim bölgəsində təməlqoyma mərasimində iştirak edəcəklər.

* * *

Qars bələdiyyəsi Türkiyədə səfərdə olan prezident İlham Əliyevə sürpriz qarşılanma təşkil edib.

Virtualaz.org saytı xəbər verir ki, Qars şəhərinin girişində Azərbaycan dilində plakat asılıb.

Plakatda yazılıb: "Hörmətli prezident Əliyev. Ölkəmizə xoş gəlmisiniz".

* * * 12:33

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb.

Virtualaz.org-un məlumatına görə, dövlət başçısı Qars şəhərinə səfər edib. Prezident İ. Əliyev Qarsda Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar
Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar
Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar
Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar
Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler