» » “Hacının yerinə mən danışacam...” - Parlamentdə mübahisə

“Hacının yerinə mən danışacam...” - Parlamentdə mübahisə

Bölmə: BLOK XƏBƏR, MANŞET
“Hacının yerinə mən danışacam...” - Parlamentdə mübahisə

Bu gün Milli Məclisdə hökumətin hesabatı müzkairə olunan zaman maraqlı anlar yaşanıb.


“Qafqazinfo” xəbər verir ki, deputat Zahid Oruc çıxışlar üçün ayrılmış 5 dəqiqəlik vaxtdan daha beş dəqiqə artıq danışmaq istədiyini bildirib. O, hətta bu məqsədlə bəzi Həccdə olan həmkarının öz çıxış vaxtını da ona verdiyini qeyd edib və əlavə edib ki, parlament rəhbərliyi də bu məsələyə xoşməramlı yanaşacaq. Spiker Oqtay Əsədovun buna cavabı isə çox maraqlı olub: “Siz nə vaxtdan Hacı olmusunuz? Sizə kim vaxtını verib?”.

Zahid Oruc belə cavab verib: “Deputat həmkarım Hacı Madər dedi ki, inşallah növbəti seçkilərdə ikimiz də yenidən deputat seçilsək, həmin beş il müddətində də öz çıxış hüququmu sənə verəcəm”.

Spiker də “ Elə buna görə də, əlavə vaxt vermirəm”-deyə, deputata cavab verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler