» » Ölənlərin sayı artır...

Ölənlərin sayı artır...

Bölmə: BLOK XƏBƏR
Ölənlərin sayı artır...
Rusiyanın Kazan şəhərində güclü yanğın baş vermiş “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı aşkarlanan cəsədlərin sayı 10-a çatıb.


“Xalqinfo” xəbər verir ki, APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumatda bildirilir ki, bu barədə Rusiya FHN-in Tatarıstan üzrə Baş İdarəsinin saytında dərc edilmiş məlumatda bildirilib. “13.03.2015-ci il saat 05.00-a olan məlumata görə, ölənlərin sayı 10 nəfərdir... Bu gün 04.58-də şəxsiyyəti məlum olmayan daha bir kişi meyidi aşkarlanıb. Xilasedicilər hadisə yerində dağıntıların yığışdırılmasını davam etdirirlər”, - deyə məlumatda bildirilir.

“Admiral” ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler