» » Mil düzünə ova gələn Qətər şeyxləri-

Mil düzünə ova gələn Qətər şeyxləri- Fotolar

Bölmə: BLOK XƏBƏR
Mil düzünə ova gələn Qətər şeyxləri-
Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ov etməyə gələn ərəb zənginləri ovlarını başa vuraraq vətənlərinə dönüblər.

Virtualaz.org saytı xəbər verir ki, üç həftəyə yaxın Azərbaycan ovlaqlarında əylənən ərəblər səfərlərini bu günlərdə başa vurublar.

Ov həvəskar olan qonaqların kimliyi də bəlli olub. Bunlar keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub.

O da məlum olub ki, ərəb şeyxləri Azərbaycana şahin quşları ilə elə yerli şahin quşlarını ovlamaq, necə deyərlər, “quşu quşla tutmaq” üçün gəlibmiş.

Məlumata görə, ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalıblar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlayıb ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətiriblər.

Ərəb şeyxləri ov zamanı İmişli rayonu ərazisindəki çöllərdə də olublar. Onların bahalı CİP-ləri burada bir neçə dəfə batıb. Köməklərinə yerli sakinlər gəlib.

Xatırladaq ki, Qətərin keçmiş əmiri və indiki əmirin atası Şeyx Hamad bin Xəlifə əl-Tani özü də 4 il əvvəl Azərbaycana ova gələrək Hacıqabul rayonundakı Qarasu adlanan çöllükdə bir neçə gün çadırlarda gecələmişdi.
Mil düzünə ova gələn Qətər şeyxləri-
Mil düzünə ova gələn Qətər şeyxləri-
Mil düzünə ova gələn Qətər şeyxləri-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler