» » Adnan Oktarın "dəlilik kağızı" çıxdı, məhkəmə

Adnan Oktarın "dəlilik kağızı" çıxdı, məhkəmə iddiaları geri çəkildi

Bölmə: BLOK XƏBƏR
Adnan Oktarın "dəlilik kağızı" çıxdı, məhkəmə

Türkiyənin məşhur teleaparıcısı Adnan Oktarla bağlı şok bilgi ortaya çıxıb. Belə ki, son 10 ildə əleyhinə danışanları, yazanları məhkəməyə verən və bir çox məhkəmədən də xeyli təzminat qazanan Adnan Oktar sonunda “qaya”ya rast gəlib.
Belə ki, bir hakim onun haqqında 28 il öncə çıxarılmış “Dəlilik” arayışını əsas gətirərək, onun iddiasını rədd edib. Bu qərar digər məhkəmə qərarları üçün presedent təşkil etdiyindən vəkillər təcili şəkildə yüzlərlə şikayəti geri çəkməyə başlayıblar. Çünki 1987-ci ildə haqqındakı “mütəşəkkil cinayətkar qrup qurmaq və idarə etmək” ittihamından qurtulmaq üçün Adnan Oktarın el arasında “dəlilik kağızı” adlandırılan arayışı alması həm də onun adından fəaliyyət göstərən vəkillərin perspektivi üçün də təhlükəlidir. Yəni, onlar əlində dəlilik kağızı olan birisinin adından yüzlərlə insanı suçlayaraq, onlardan təzminat alıblar.

Qeyd edək ki, son dönəmlərdə “kedicik”ləri ilə gündəmə gələn Adnan Oktar haqqında 1999-cu ildə dönəmin daxili işlər naziri Səaddəddin Tantan “Abdullah Öcalandan daha təhlükəlidir” açıqlamasını vermişdi ("Yeniçağ.az").

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler