» » Prezident İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar

Prezident İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar

Bölmə: BLOK XƏBƏR, MANŞET
Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində Müqəddəs Sofiya kilsəsində olub.

Kilsənin ayrı-ayrı guşələri və eksponatları ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, tarixi mənbələrdə burada ilk kilsənin 311-313-cü illərdə tikildiyi göstərilir. Sonralar məbəd imperator I Konstantin tərəfindən daha da genişləndirilib. Sonrakı əsrlərdə müxtəlif müharibələr zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci ildə imperator I Yustinian məbədi yenidən bərpa etdirib. Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı imperiyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə yetirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700 ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu məbəddən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə yunanca mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən başlayaraq bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı, tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən sayılır.

Prezident İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini yazdı.

Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar
Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar
Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar
Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar
Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar
Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar
Prezident  İlham Əliyev Müqəddəs Sofiya kilsəsində - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler