» » "Bakı 2015"in medalı

"Bakı 2015"in medalı Foto

Bölmə: BLOK XƏBƏR
"Bakı 2015"in medalı

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının medallarının təqdimatı olub.

ans press-in məlumatına görə, oyunlara 100 gün qalması münasibətilə keçirilən tədbirdə "Bakı 2015"in baş əməliyyat direktoru Saymon Kleqq və Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr üzrə direktoru Könül Nurullayeva çıxış edib.

Tədbirdə həmçinin, "Bakı 2015"in idman elçisi Nazim Babayev, olimpiya çempionları və "Bakı 2015" Təşkilat Komitəsinin üzvləri Namiq Abdullayevlə Elnur Məmmədli, eləcə də ikiqat paralimpiya çempionu İlham Zəkiyev qatılıb.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. 17 gün davam edəcək Oyunlarda 20 növ üzrə 6000-dən artıq idmançı mübarizə aparacaq. Avropa Oyunlarında 253 dəst medal uğrunda yarışacaq idmançıları Milli Olimpiya Komitələri müəyyənləşdirəcək.
"Bakı 2015"in medalı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler