» » Başçı müavini olan xanımların sayı

Başçı müavini olan xanımların sayı açıqlandı

Bölmə: BLOK XƏBƏR
Başçı müavini olan xanımların sayı
"Məişət zorakılığına məruz qalan qadınlarla bağlı aparılan təhlillər bir daha təsdiq edir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınlar daha çox zorakılığa məruz qalır".

Report xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclərin peşə seçiminin gender aspektləri" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda iştirakının təbliği hökumətin daim diqqətindədir: "Cəmiyyət yalnız kişilərdən ibarət deyil. Əhalinin 50,2 faizini təşkil edən qadınlar dövlət quruculuğu prosesindən kənarda qala bilməz. Bu gün bütün İslam dünyasında qadınların qərar qəbuletmə və idarəetmədə aktiv iştirakının şahidiyik. Bu ölkələrin qadın nazirləri, səfir və diplomatları var. Bu da onu göstərir ki, müsəlman ölkələrində inkişaf var".

H.Hüseynova qeyd edib ki, 2012-ci ilə qədər 85 rayon üzrə icra hakimiyyəti başçısının cəmi 35 qadın müavini var idi: "2014-cü ildə bu göstərici 78-ə yüksəlib. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faizədək artıb. Hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Ümumi sahibkarlar arasında qadın sahibkarlarının xüsusi çəkisi 19 faizə çatıb. Bütün bunlarla yanaşı, bizi narahat edən məsələ yenə də qızların təhsilinin davam etdirilməsi, xüsusilə də onların peşə və ixtisas seçimlərində gender balansının təmin olunmasıdır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler