Azərbaycanda polis özünü güllələdiBölmə: BLOK XƏBƏR
Ağsu rayonunda polis əməkdaşı intihar edib. Hadisə ötən gün saat 21:30 radələrində Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin binasında qeydə alınıb. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, xəbəri Ağsu Rayon Polis Şöbəsi təsdiqləyib. Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Ağsu Rayon Şöbəsinin manqa komandiri, Ağsunun Kəlağayı kənd sakini, 1969-cu il təvəllüdlü Tanrıverdiyev Neyman Əzizağa oğlu “Makarov” tipli xidməti tapança ilə başına sağ gicgah nahiyəsindən atəş açıb. Hadisə yerində dünyasını dəyişən polis serjantının intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən polis əməkdaşının xeyli miqdarda borcu olub. O, özünü öldürməzdən əvvəl məktub yazıb və iş yoldaşlarından həmin məktubu həyat yoldaşına çatdırmalarını xahiş edib. İntihar edən polis əməkdaşı N.Tanrıverdiyevin iki qızı var. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|