» » Bakıda güclü yanğın: ölən və xəsarət alan var

Bakıda güclü yanğın: ölən və xəsarət alan var

Bölmə: BLOK XƏBƏR
Bakıda güclü yanğın: ölən və xəsarət alan var
Fevralın 19-da saat 12 radələrində paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qəsəbə sakini Telman Cəlilova məxsus emalatxanada yanğın olub.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, hadisə zamanı 30 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyənlər - Sumqayıt şəhər sakinləri Qabil Sahilov və Elşən Sahilov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. E.Sahilov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, hər iki şəxs əmioğlu olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler