» » “Məni bu günə o salıb”-

“Məni bu günə o salıb”- Lamiyə+yenilənib

Bölmə: BLOK XƏBƏR
“Məni bu günə o salıb”-
Lamiyə Quliyeva azadlıqda ilk açıqlamasını verib.


“Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, Lamiyə azadlığa çıxmasına səbəb olan hər kəsə təşəkkür edib:

“Azad gəzmək, azad olmaq, azad övlad böyütmək çox gözəldir. Allah bütün dustaqlara azadlıq nəsib etsin. Təşəkkür edirəm bütün insanlara. İnsanlar çalışsınlar azadlığın qədrini bilsinlər. Mənə çətin vaxtımda bir böyük kimi əlimdən tutub kömək edən Fəxrəddin Mehdiyevə təşəkkür edirəm. Daim mənə ata qayğısı göstərib, ağladığım vaxt mənimlə ağlayıb, güldüyüm vaxt isə gülüb. Xətai Rayon Məhkəməsinin sədri Nazim Tağıyevə, Apelyasiya məhkəməsinin sədri Qədim Babayeva təşəkkür edirəm. Mən 2003-dən bu yana çox ədalətsizliklərlə üzləşmişəm".

O, 13 il həbsdə qalmasına görə Aslan Aslanovu ittiham edib: “Məni bu günə o salıb. Başıma bir çox işlər gəldi, cəza içində cəza aldım. Şükür ki, ədaləli insanlar sayəsində gec də olsa ədalət bərpa edildi. Mənə belə bir şans verildi ki, övladımı azadlıqda böyüdüm. Mən çalışacağam ki, ona gözəl tərbiyə verim. Həyatda üzləşdiyim zərbələri övladımın almamasına çalışacağam. Sakit bir həyat sürəcəyəm. Mən həyatla ölüm arasında mübarizə aparmaq üçün ana olmağa üstünlük verdim. Xahiş edirəm, cəmiyyət məni buna görə qınamasın. Mənim həbsdə olmağıma səbəb olan insanlar öz cəzalarını alacaqlar".

Şərh Yaz
ŞƏRH(1)

Niyazi Fətullayev İsmayıllıdan 20 fevral 2015 18:02
Bu bir sosial bəladır ki,belə məmurlarmız hələ var.An-
caq zaman keçdikcə, ictimai qınaq,içtimai şüur,cəmiy-
yətdə savadlaşma inkişaf etdikcə bu kimi hallar azalacaq
Baxin İsmayıllıda, Qubada, Şəmkirdə və sairə rayonlarda
pik həddini aşmışdı,məmur özbaşnalığı...
Cənab prezident hər dəfə məmurlara xəbərdarlıq edir,onlara barmaq silkələyir.Xalq öz rəhbəri ətrafında
həmrəy,bir yumruq kimi dursa,inanın bütün bu kimi
neqativlərə cəmiyyətdə yer qalmayacaq.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler