» » Ərəb şeyxlərinin Azərbaycan sərgüzəştləri:

Ərəb şeyxlərinin Azərbaycan sərgüzəştləri: 650 minlik maşın aşdı - Foto

Bölmə: BLOK XƏBƏR
Ərəb şeyxlərinin Azərbaycan sərgüzəştləri:
Ərəb turistləri Azərbaycan regionuna səfər zamanı qəzaya düşüblər. Avtolent.az oxu.az-a istinadən xəbər verir ki, təqribən 10-15 gün əvvəl ölkəmizə gələn ərəblərin “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobili Neftçala rayonunda palçığa batıb. Ərəblərin batmış avtomobili digər “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobil vasitəsilə ərazidən çıxarmaq cəhdi uğursuz alınıb, nəticədə avtomobilləri aşıb. Turistlərin köməyinə yerli camaat gəlib, belə ki, onlar aşmış “Mercedes-Benz Gelandewagen AMG63 6x6” markalı avtomobili “MTZ-80” markalı traktor ilə ərazidən çıxardıblar.

Əldə etdiyimiz məlumata görə, ərəblər azərbaycanlıların köməyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen AMG 63 6x6”-nın orta qiyməti 650 000 dollar təşkil edir.

Xatırladaq ki, ərəb turistlər fevral ayından ölkəmizdə səfərdədir. Onlar iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətiriblər. Yerli KİV-in yaydığı məlumata görə ərəblər Azərbaycana nadir quşları ovlamaq üçün gəliblər.

Ərəb şeyxlərinin Azərbaycan sərgüzəştləri:
Ərəb şeyxlərinin Azərbaycan sərgüzəştləri:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler