» » ASALA-dan XİN-ə haker hücumu

ASALA-dan XİN-ə haker hücumu

Bölmə: BLOK XƏBƏR
ASALA-dan XİN-ə haker hücumu
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb.


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı olan ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu Monte Melkonyan kiber qrupu tərəfindən törədildiyi qeyd olunub.

İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib:

“Siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl olaraq uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla yəqin ki özünə təsəlli tapmağa çalışır”-deyə XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler