» » Elnur zəfərin bir addımlığında

Elnur zəfərin bir addımlığında

Bölmə: BLOK XƏBƏR
Elnur zəfərin bir addımlığında
Bu gün "O səs Türkiyə"nin final gecəsi keçirilir.

Axşam.az xəbər verir ki, yarışmada iştirakına davam edən yeganə azərbaycanlı iştirakçı Elnur Hüseynov ilk çıxışını edib.

Ebru Gündeşin komandasında yarışan həmyerlimiz birinci olaraq "O Sole Mio" opera parçasını səsləndirib.

Daha sonra E.Hüseynov ilk mərhələdə oxuduğu Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib.

Növbəti dəfə səhnəyə çıxan ifaçı bu dəfə ilk seçim turunda ifa etdiyi "Lutch" (Sem Smit) mahnınısı yenidən oxuyub.

Növbəti səsvermədə azərbaycanlı iştirakçı son ikiliyə qalaraq qalib olmaq üçün yarışmağa davam edir.

Xatırladaq ki, “TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler