» » Ermənistanın milyonçu nazirləri-

Ermənistanın milyonçu nazirləri- 1 milyard...

Bölmə: BLOK XƏBƏR
Ermənistanın milyonçu nazirləri-
Ermənistanın yüksək çinli məmurlarının etika komissiyası nazirlərin özləri haqda təqdim etdikləri gəlir və mülkiyyət bəyannamələrini açıqlayıb.


“Xalqinfo” modern.az-a istinadən xəbər verir ki, bəyannamələrdəki rəqəmlərə əsasən, ən varlı erməni məmuru maliyyə naziri Qaqik Xaçatuyrandır. 2014-cü ildə nazir postuna gətirilən zaman o, 1 milyard 214 milyon 600 min dram ( 2 milyon 535 min dollar) vəsaitinin olduğunu bəyannamədə göstərib. Nazirin arvadı Laura Yepremyan isə ərindən daha varlıdır. Onun gəlir bəyannaməsində 1,5 milyard dram (3 milyon 132 min dollar) vəsait göstərilib.

Ermənistanın ən zəngin ikinci məmuru ətraf mühit naziri Aramais Qriqoryandır. Rəsmi sənədlərdə onun 810,6 milyon dram, 300 min rubl, 776 min dollar – ümumilikdə 1,184 milyard dram (2 milyon 476 min 600 dollar) vəsaitinin olduğu göstərilir. Onun arvadı Alisa Qriqoryan isə 300,6 milyon dram (627 min 400 dollar) şəxsi kapitala malikdir.

Üçüncü yerdə sabiq Yerevan meri, indiki nəqliyyat naziri Qaqik Beqlaryan gəlir. 2014-cü ildə vergi və əmlak bəyannaməsini təqdim etməyən məmur 2013-cü ildə 92 min dollar, 535,4 milyon dram vəsaitinin olduğun göstərib. Bu məbləğ 1 milyon 221 min dollar kapital təşkil edir. Nazirin həyat yoldaşı Nune Nikolyan isə 33,7 milyon dramın (70 min 300 dollar) sahibidir.

Ermənistan yeni ədliyyə naziri Ovannes Manukyan bu vəzifəyə təyin olunarkən gəlir bəyannaməsində 359 milyon dram (749 min dollar) vəsaitinin olduğunu göstərib.

Kənd təsərrüfatı naziri Serqo Karapetyan təqdim etdiyi sənədlərdə 81 min 200 dollar, 75 min 120 avro və 174,950 milyon dram vəsaitə malik olduğunu təsdiqləyib. Bu məbləğ ümumilikdə, 625 min dollar təşkil edir.

Ermənistanın diaspora naziri Hranuş Akopyan nazir postuna təsdiqləndikdən sonra 51 milyon dram (106 min 400 dollar) – 26 dollar 881 dollar və 21 min 827 avroya malik olduğunu göstərib.

Səhiyyə naziri Armen Muradyan isə 37 milyon dramın (77 100 dollar) sahibidir. Bu vəsaitin 14 milyonu dram, 48 milyonu dollar halındadır.

Ölkənin xarici işlər naziri Edvard Nalbandyan səlahiyyətlərinin icrasına başlamazdan öncə gəlir bəyannaməsində 49 min 800 avro və 140 min dollar vəsait göstərib. Bu vəsaitlər ümumilikdə 35 milyon dram (73 min dollar) təşkil edir.

Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Artyom Asatryan 2014cü ilin yekunlarına görə 30 milyon drama (62 min 500 dollar) malik olduğunu göstərib.

Ən varlı 10-cu nazir isə energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryandır. Rəsmi sənədlər onun 29 milyon 600 min dram (61 min 700 dollar) kapitala malik olduğunu göstərir.

Fövqəladə hallar və ərazi idarəetmə naziri Armen Teritsyan 25 milyon drama (52 min 1200 dollar) sahibdir.

İqtisadiyyat naziri Karen Çşmarityan 2014-cü il üçün 550 min dram, 37 min avro və 1200 dollar vəsaitin olduğunu təsdiqləyib. Ümumilikdə bu məbləğ 22 milyon dram (45 min 900 dollar) edir.

Təhsil və elm naziri Armen Aşotyan 2014-cü ildə etika komitəsinə gəlir bəyannaməsi təqdim etməyib. Lakin 2013-cü ildə təqdim etdiyi analoji sənəd onun 18 milyon dram (37 min 500 dollar) sərvətə malik olduğunu göstərir.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə 2014-cü ilin məlumatlarına görə 16 milyon dram (33 min 300 dollar) şəxsi kapitala malikdir.

Ermənistan hökumətinin aparat rəhbəri David Arutunyan isə 2014 maliyyə ilində 6,5 milyon dram və 20 min dollara sahibdir. Bu məbləğ ümumilikdə (33 min 500 ABŞ dollarına bərabərdir).

Ölkənin gənclər və idman naziri Qabriel Kazaryan 5 milyon dramının və 14 min dollar xarici valyutasının olduğunu göstərib. Beləliklə, erməni nazir 24 min 400 dollar kapitala malikdir.

Şəhərsalma naziri Narek Sarqsyan vəzifə səlahiyyətlərini icra etməzdən qabaq təqdim etdiyi gəlir bəyannaməsində 11,5 milyon dram (23 min 800 dollar) – 7 milyon dram 6 min dollar və 3500 avro vəsait göstərib.

Mədəniyyət naziri Asmik Poqosyan 4 milyon dram (8 min 300 dollar) şəxsi pula malikdir.

Ermənistan hökumətinin ən “kasıb” nazirləri isə baş nazir Ovik Abramyan, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyandır. Onlar sənədlərdə 1,9 milyon dram (3,965 dollar) pullarının olduğunu göstəriblər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler