» » Leyla Yunus həbsdə qalacaq

Leyla Yunus həbsdə qalacaq

Bölmə: BLOK XƏBƏR
Leyla Yunus həbsdə qalacaq
Nəsimi Rayon Məhkəməsində bu gün həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi təqdimata baxılıb.

Xalqinfo.az-ın APA-ya istinadla verdiyi məlumata görə, vəkil Elçin Qəmbərov bildirib ki, məhkəmə L. Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Bundan əlavə, ötən il oktyabrın 24-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti 4 ay uzadılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler