» » Cavid Qurbanov Ziya Məmmədovun qohumlarını işdən çıxardı

Cavid Qurbanov Ziya Məmmədovun qohumlarını işdən çıxardı

Bölmə: BLOK XƏBƏR
Cavid Qurbanov Ziya Məmmədovun qohumlarını işdən çıxardı
“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumlarını işdən çıxarıb. Bu barədə “azadliq.info”ya etibarlı mənbədən bəlli olub.
Məlumatda deyilir ki, işdən çıxarılanlar Ziya Məmmədovun qardaşı oğlu və qayınıdır. Nazirin qardaşı oğlu “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə xidmətinin rəisi olub. Qayını da Səhmdar Cəmiyyətdə başqa bir yüksək vəzifədə çalışıb. Onlardan başqa Ziya Məmmədovun yaxın adamlarından biri olan Elyar Muradovun da işdən çıxarılacağı, onun ərizəsinin artıq alındığı bildirilir. O, Sərnişin nəqliyyatı idarəsinin rəisidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler