» » Kiyev Saakaşvili sirrini açdı-

Kiyev Saakaşvili sirrini açdı- Ordunu müasirləşdirəcək

Bölmə: BLOK XƏBƏR
Kiyev Saakaşvili sirrini açdı-

"Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Kiyevdə yüksək vəzifəyə təyinatı haqqında Ukrayna prezidenti Pyotr Poroşenkonun qərarı Gürcüstana qarşı yönəldilməyib və iki ölkə arasında münasibətlərə mane olmayacaq".

ans press-in məlumatına görə, bunu Ukraynanın Gürcüstandakı səfiri Vasiliy Sıbenko bildirib.

"Sizə demək istəyirəm ki, Poroşenko milli maraqlara əsaslanaraq ştatdankənar köməkçi vəzifəsinə Mixail Saakaşvilisini təyin etdi. Təbii, o, onun islahatlar aparmaq üçün böyük təcrübəsini və ordunu müasirləşdirmək barədə qabiliyyətini nəzərə alaraq bu addımı atıb. Ukrayna prezidenti əmindir ki, onun qərarı Gürcüstana və gürcü xalqına qarşı yönəldilməyib və bu, ikitərəfli münasibətlərə maneə olmayacaq", - deyə Sıbenko bildirib.

Səfir vurğulayıb ki, "Ukrayna tərəfi qanuni qərarverməzdən əvvəl Saakaşvili barəsində günahsızlıq prezumpsiyasının qüvvədə olduğunu nəzərə alıb.

Xatırladaq ki, ötən şənbə günü Ukrayna prezidenti Pyotr Poroşenko M.Saakaşvilinin ştatdankənar məsləhətçi vəzifəsinə təyin olunması haqqında fərman imzalayıb. Bundan sonra Ukrayna səfiri təyinatla bağlı məsələyə aydınlıq gətirmək üçün Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler