» » Düşmən ordu yenə itki verdi

Düşmən ordu yenə itki verdi

Bölmə: BLOK XƏBƏR
Düşmən ordu yenə itki verdi
Ermənistan ordusu itki verib.

ans press-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün saat 04:40-da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər Arman Osipyan ölümcül yara alıb. Əsgər döyüş postlarından birində ölüb. 20 yaşlı əsgərin ölümü ilə bağlı təhqiqat aparılır. Bu barədə qondarma rejimin "müdafiə nazirliyi" məlumat yayıb.

Qeyd edək ki, son olaraq bir neçə gün əvvəl Qarabağda erməni diversiyalarının qarşısı alınmışdı.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərmişdi.

Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınmışdı.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Həmin xəbərlə ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz: Erməni dəstə məhv edildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler