» » AXCP-nın bölgə sədri tutuldu-

AXCP-nın bölgə sədri tutuldu- Silah aşkarlandı

Bölmə: BLOK XƏBƏR
AXCP-nın bölgə sədri tutuldu-
Mingəçevir şəhərində yaşayan Qadir Xudabaxşıyev tutulub.


“Xalqinfo” xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevirin Yeni Həyat qəsəbəsindəki 103 saylı evdə yaşayan Xudabaxşıyev Qadir Nadir oğlu Mingəçevir şəhərinin M.P.Vaqif küçəsindəki 17 saylı ünvanda yerləşən kafedə şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən “TT” markalı tapança və güllə sandıqçası götürülüb.

Məlumata görə, Qadir Xudabaxşıyev üç ildir ki, AXCP-nın Mingəçevir şəhər təşkilatının sədridir. O, əvvəllər xırda ticarətlə məşğul olub. Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler