» » Şahbaz Xuduoğlu dəhşətli qəza keçirdi- Həyat yoldaşını itirdi+Yenilənib

Şahbaz Xuduoğlu dəhşətli qəza keçirdi- Həyat yoldaşını itirdi+Yenilənib

Bölmə: BLOK XƏBƏR, MANŞET
Şahbaz Xuduoğlu dəhşətli qəza keçirdi- Həyat yoldaşını itirdi+Yenilənib
Şahbaz Xuduoğlu həyat yoldaşı ilə qəzaya düşüb.


"Xalqinfo" APA-ya istinadən xəbər verir ki, qəzada Ş. Xuduoğlunun həyat yoldaşı dünyasını dəyişib.

Qeyd edək ki, Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır. Könül Rüstəmxanlı millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının bacısıdır.

***

"Qafqazinfo"nun məlumatına görə, avtomobildə 5 nəfər olub. Maşını sürücü idarə edib. Sürücüdən başqa maşında Şahbaz Xuduoğlu, xanımı, bacısı və bacısının yoldaşı olub.

Millət vəkili Sabir Rüstəmxanlı da qardaşı ilə bərabər yasdan qayıtsa da, başqa avtomobildə olub. Rüstəmxanlılar əmilərinin yas mərasimindən qayıdırmışlar.

***

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişinlərdən Könül Rüstəmxanlı hadisə yerində ölüb, maşında olan daha bir sərnişin İlahə Əliyeva xəsarət alıb.

Əlavə edək ki, avtomobili idarə edən R. Mustafayev “Qanun” Nəşrlər Evinin sürücüsüdür.

***

Musavat.com-un əməkdaşı Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb. O, hadisənin necə baş verdiyini xatırlamadığını deyib: “Nə bilim? Oldu da, neyləyə bilərdim?”. Ş. Xuduoğlu həmçinin bildirib ki, qəza nəticəsində xəsarət alanlar hazırda təcili yardımla Bakıya gətirilir. Ş.Xuduoğlu öz durumunun çox pis olmadığını da vurğulayıb: “Vəziyyətim babatdır”.

Allah rəhmət eləsin!

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler