» » “Azərenerji” ləğv olunmayıb, lakin...

“Azərenerji” ləğv olunmayıb, lakin...

Bölmə: BLOK XƏBƏR
“Azərenerji” ləğv olunmayıb, lakin...
Ölkə prezidentinin bu gün imzaladığı sərəncamla yeni bir qurum yaradılıb. Sərəncamda qeyd olunur ki, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.


“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən tapşırıq verilib.

Prezidentin sözügedən sərəncamından sonra sosial şəbəkələrdə və bir sıra media orqanlarında “Azərenerji”nin ləğvi və sədri Etibar Pirverdiyevin işsiz qalması ilə bağlı məlumatlar yayımlanmağa başladı.

Belə məqamda “Qafqazinfo” “Azərenerji” ASC-nin taleyi ilə maraqlanıb. Əldə etdiyimiz məlumata görə, “Azərenerji” ASC ləğv edilməyəcək. Amma bundan sonra Bakıda olduğu kimi, rayonlara da elektrik enerjisi satışına yeni yaradılmış qurum olan “Azərişıq” ASC nəzarət edəcək. “Azərenerji” isə ölkədə elektrik enerjisi istehsalını həyata keçirəcək. Bu isə Etibar Pirverdiyevin səlahiyyətlərinin azaldılması deməkdir.

Şərh Yaz
ŞƏRH(1)

Növbətçi heyəti 26 iyul 2016 22:09
Etibar bəy Allah sənə insaf versin.. tabeçiliyinizdə olan işçilərdən, onların maaşlarının kəsilməsindən, azlıgından və gecikdirilməsindən xəbəriniz yoxdurmu? bu qədər kasıbların qargışından, duasından qorxmursunuzmu? Mən də AZƏRENERJİ ASC nin işçilərindən biri olaraq Allaha dua edirəm ki, tutdugu vəzifəsindən istifadə edərək işçilərinə zülm edən, işlədərək maaşını kəsən, bilərəkdən gecikdirən hər bir vəzifə sahibinin Allah cəzasını versin və tutdugu vəzifədən uzaqlaşdırsın..
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler