» » “Dedilər, 10 000 manat gətir işi bağlayaq”

“Dedilər, 10 000 manat gətir işi bağlayaq” Maral Tahirqızı

Bölmə: BLOK XƏBƏR
“Dedilər, 10 000 manat gətir işi bağlayaq”
Müğənni Maral Tahirqızı adının qarışdığı cinayət işi ilə bağlı “Yeni Müsavat”ın əməkdaşına maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, məmurlar ondan xeyli miqdarda rüşvət istəyirlər:
“Bu qalmaqal yenicə yarananda İnsan Alverinə Qarşı Mübarizə İdarəsində işləyən Araz mənə dedi ki, 10 000 manat gətir, işi bağlayaq. Mənə deyirdi ki, “Esmiraya da köməklik et, yazıqdır”. Təhdid edirdi ki, pul verməsəm, günahım olmadan belə düzüb-qoşub məni həbsə atdıracaq. İşimi aparan müstəntiq Azad da düzgün mövqedə olan adam deyildi. Yenə də bildirirəm ki, Esmiranı bir il bundan əvvəl yalnız bir dəfə gözəlik salonunda üz-qaş alan kimi tanıyıram. Onun hansısa qadını Ədalət adında bir kişiyə düzəltməsindən xəbərim yoxdu. İfadəmdə də bunu yazmışam. Müstəntiq Azad Esmiradan soruşanda ki, “bəs niyə belə bir ifadə vermisən”, Esmira dedi ki, Ədalət bu cür yazmağımı məsləhət görüb. Bu zaman Azad mənim arxama keçib Esmiraya işarələr verdi. Esmira sözünü dəyişib dedi ki, “bu müstəntiqin qadasın alım, o, Biləcəridə mənim qapı bir qonşumdu”... Elə əvvəldən bilirdim ki, bütün bunlar qurmadır. Buna görə müstəniq Azada töhmət verib, işdən uzaqlaşdırdılar”.
Müğənni hazırki vəziyyətindən də danışıb:
“İndi də mənə deyirlər ki, 3000 manat gətir. Deyirəm, a qardaş, niyə durduğum yerdə kiməsə pul verməliyəm? Heç kimə bir qəpik də verməyəcəm, qoy tutub həbs etsinlər”.
Xatırladaq ki, müğənni Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler