» » Yəməndə dövlət çevrilişi baş verdi

Yəməndə dövlət çevrilişi baş verdi

Bölmə: BLOK XƏBƏR
Yəməndə dövlət çevrilişi baş verdi
Yəməndə Husi hərəkatı ölkə parlamentini buraxdığını və iqtidarı ələ keçirdiyini açıqladı. ANS PRESS-in məlumatına görə, prezident administrasiyasından dövlət telekanalı ilə açıqlama verən hərəkat sözçüləri buraxılan parlamentin əvəzinə 551 üzvlük milli məclis qurulacağını açıqlayıb. Bundan başqa həmin məclisin, maksimum 2 il ölkəni idarə edəcək 5 nəfərlik şuranı seçəcəyi bəyan olunub.

Qeyd edək ki, Yəmənin paytaxtı Sana şəhəri ötən ilin sentyabrından faktiki olaraq husi üsyançılarının nəzarətindədir. Keçən ay isə Yəmən prezidenti Abdurabbu Mənsur Hadi üsyançıların təzyiqi ilkə tutduğu vəzifədən istefa vermişdi.

İran tərəfindən dəstəkləndiyi iddia olunan hüsi üsyançıları ölkədəki böhran vəziyyətini aradan qaldırmaq üçün siyasətçilərə çərşənbə gününə qədər vaxt vermişdilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler